Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı komissiya yaradıldı

Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı komissiya yaradıldı

Nazirlər Kabinetinin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı ləğvetmə komissiyası yaradılıb.

Aktual.az  APA-ya istinadən bildirir ki, komitənin kreditor borcları olan hüquqi və fiziki şəxsləri öz tələblərini mayın 18-dən iyulun 18-dək ləğvetmə komissiyasına bildirə bilərlər.
Xatırladaq ki, "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.
 
Aktual.az 
Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR