Dövlət Gömrük Komitəsindən yayılan video görüntülər ilə bağlı AÇIQLAMA

Dövlət Gömrük Komitəsindən yayılan video görüntülər ilə bağlı  AÇIQLAMA

Dövlət Gömrük Komitəsi bu gün bəzi kütləvi informasiya vasitələrində Astara Gömrük İdarəsinin sərhəd gömrük buraxılış məntəqəsinin piyada keçid xəttində vətəndaşların böyük sıxlığını əks etdirən video görüntülərin yerləşdirilməsi ilə bağlı məlumat yayılıb. 

Komitədən Aktual.az-a verilən xəbərə görə, həmin video görüntülər bir neçə gün bundan öncə, bayram günləri ərəfəsində gömrük zonasına aidiyyatı olmayan ərazidə qeydə alınıb.
 
“Belə ki, bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında adi günlərə nisbətən bir neçə dəfə artım müşahidə olunub, müəyyən sıxlıq yaranıb. Gömrük orqanlarının fəaliyyət zonasına daxil olmayan ərazidə baş verməsinə baxmayaraq müvafiq qurumlarla birgə tədbirlər görülüb, bu qısa müddətli sıxlıq tez bir zamanda aradan qaldırılıb. Hal-hazırda piyada keçid xəttində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların normal gediş-gəlişi tam təmin edilir”, - deyə məlumatda vurğulanıb.

Aktual.az

Xəbər 820 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR