Dövlət Departamentinin 2300 əməkdaşı işdən çıxarıla bilər

Dövlət Departamentinin 2300 əməkdaşı işdən çıxarıla bilər

ABŞ dövlət katibi Reks Tillerson Dövlət Departamentinin 2300 əməkdaşının ixtisara salınması təklifi ilə çıxış edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, dövlət katibi bunu büdcənin optimallaşdırılması ilə əsaslandırıb.
 
Məlum olub ki, 2300 əməkdaşın işdən çıxarılması ABŞ xarici siyasət idarəsinin büdcəsinə 26 faiz qənaət olunması deməkdir.
 
Tillersonun təklifində xidmətə yeni qəbul olunmuş diplomatların ixtisar olunması nəzərdə tutulur.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın 2018-ci il üçün təklif etdiyi büdcə layihəsində Dövlət Departamentinin xərclərinin 28 faiz azaldılması, Müdafiə Nazirliyinin xərclərinin isə 10 faiz artırılması nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR