Düzgün ayaqqabı necə olmalıdır? - VİDEO

Düzgün ayaqqabı necə olmalıdır?   - VİDEO

Ayaqlar gün boyu bədənizimin yükünü daşıyır bəzən yorulur, zədələnir də. Bu hallar fiziki aktivliklə yanaşı yanliş ayaqqabı seçimi zamanı də yaşanır. Ona görə də ayaqların rahatlığını təmin etmək üçün düzgün ayaqqabı seçimi çox vacibdir. Düzgün ayaqqabı dedikdə isə əksər insanların ağlına altı düz olan və ya ortopedik ayaqqabılar gəlir. Bəs bu doğru düşüncədirmi , hər kəs ortopedik ayaqqabı geyinə bilərmi, düzgün ayaqqabı seçimi necə olmalıdır?

Aktual.az  xezerxeber.com-a istinadən bildirir ki, əslində altı nazik, yumuşaq, bez və toxunma ayaqqabılar heç də düşünüldüyü kimi düzgün seçim deyil. Ortoped travmatoloq Bayram Qorçuyev deyir ki, bu cür ayaqaablar formasını tez dəyişdiyindən ayaqda yorğunluğa və deformasiyaya səbəb olur. Altı çox nazik olan ayaqqabılar hətta dikdaban ayaqqabılardan daha zərərlidir

Digər yanlış düzgün ayaqqabı dedikdə ortopedik ayaqqabıların nəzərdə tutulmasıdır. Çünki hər kəs ortopedik ayaqqabı geyinə bilməz. Bu cür ayaqqabılar müalicə üçün həkim təyinati ilə yazılır. Travmatoloq deyir ki, düzgün ayaqqabı nə çox hündür, nə də çox nazik olmalıdır. Nisbətən sərt altlıqlı, dəri materiallı, dabanı orta ölçüdə olan ayaqqabılar geyinmək məsləhətdir.

 
Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR