Düşmənin kəndlərimizi atəşə tutması nəticəsində yanğın baş verib

Düşmənin kəndlərimizi atəşə tutması nəticəsində yanğın baş verib

Ermənilərin Ağdamın Orta Qərvənd kəndini atəşə tutması nəticəsində yanğın baş verib.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, düşmən atəşi nəticəsində kənd sakini Vilayət Həsənova məxsus tikili və tikilinin içərisinə yığılmış 450 ədəd ot bağlaması yanıb.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.
 
Aktual.az
Xəbər 166 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR