Dünyanın ən təhlükəsiz ölkəsinin adı açıqlandı - Siyahı

Dünyanın ən təhlükəsiz ölkəsinin adı açıqlandı - Siyahı

Ümumdünya İqtisadi Forumunun (VEF) ekspertləri dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını hazırlayıb.

Ekspertlər cinayət və terrorizm hadisələri üzrə 136 dövlət içərisində ən təhlükəsiz yer olaraq Finlandiyanı qeyd ediblər.
Publika.az xəbər verir ki, 136 ölkədən siyahıda birinci yeri Finlandiya tutub. Ardınca müvafiq olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İslandiya gəlir.
İlk onluqda həmçinin Oman, Honkonq, Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qətər yer alır.
Siyahıda 109-cu olan Rusiya, Peru (108-ci yer) və Kamerun (110-cu yer) arasında qərarlaşıb. Siyahıda son yerləri Yəmən və Kolumbiya tutub.
Bir müddət əvvəl"Lancet" jurnalı, Ümumdünya Səhiyyə Təşkilatına əsaslanaraq, dünyanın ən çox siqaret çəkilən ölkələrinin reytinqini açıqlamışdı. Rusiya nikotin asılılığından ölən insanların sayına görə bu siyahıda yer alıb.
 
Aktual.az
Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR