Dünyanın ən güclü 100 qadını - SİYAHI

Dünyanın ən güclü 100 qadını - SİYAHI
  • DÜNYA

Məşhur biznes xəbərləri dərgisi olan "Forbes” dünyanın ən güclü 100 qadını siyahısını tərtib edib.

Publika.az xəbər verir ki, siyahıda qadınların yaşı, işlədiyi sektor və yaşadığı ölkə də göstərilib.
Siyahıda məşhur amerikalı müğənni Teylor Svift 85-ci yerdə, siyasətçi Hillari Klinton 65-ci yerdə, müğınni Beyons 50-ci yerdə, Myanma lideri Aunq San Suu Kyi 33-cü yerdə qərarlaşıb. İngiltərə kraliçası II Yelizaveta dünyanın ən güclü 26-cı, ABŞ Prezidenti Donald Trapın qızı İvanka Tramp isə 19-cu qadını olub.
Siyahıda ilk yerdə Almaniya kansleri, 63 yaşlı Angela Merkel qərarlaşıb. İkincilik İngiltərənin Baş naziri, 61 yaşlı Tereza Meyə, üçlüncülük isə 53 yaşlı amerikalı xeyriyyəçi Melinda Qeytsə aiddir.
Digər pillələrdə isə ən çox ABŞ və Şərqi Asiya ölkələrinin siyasətçi və əyləncə-media nümayəndələri yer alıb.
 
Aktual.az
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR