“Dünyanın birinci falçısı”ndan 2 həftə sonrası üçün PROQNOZ

“Dünyanın birinci falçısı”ndan 2 həftə sonrası üçün PROQNOZ

Meksikanın ən məşhur kahini, özünü "dünyanın ən birinci falçısı” adlandran Antonio Vaquez yeni təxminlərini irəli sürüb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, falçı ABŞ prezidenti Donald Trampın vəzifəsinin icrasına başlayacağı 20 yanvardan sonrası üçün proqnoz verib. 

Onun sözlərinə görə, Tramp Ağ evə getdikdən sonra Meksiya ilə heç bir problem yaşamayacaq. Bununla yanaşı kahin bildirib ki, yeni seçilən prezident təbliğat zamanı verdiyi vədə əməl edərək Meksika ilə ABŞ arasında divar hördürməyə başlayacaq.

Xatırladaq ki, D.Tramp əvvəlki çıxışlarında bu divarın Meksikanın vəsaiti ilə çəkiləcəyini bildirsə də, bu günlərdə yeni açıqlama ilə gündəmə gəlib. Belə ki, yeni prezident divarın çəkilməsi üçün vəsaitin Amerika büdcəsindən ödənilməsini istəyir. 

Qeyd edək ki, "birinci falçı” adına iddialı olan kahin bundan əvvəl verdiyi bəzi təxminlərdə yanılıb. Onun 2016-cı ildəki təxminlərinə görə, D.Tramp prezident seçkisində uduzacaqdı. Başqa bir təxmininə görə, El Çapo ləqəbli narkotik baronu 2016-cı ildə ölməli idi. Ancaq kahinin hər iki təxmini özünü doğrultmayıb.




Xəbər 1719 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR