Dünyada orta ömür 70 yaşdan yuxarı, bəzi ölkələrdə isə 84 yaş hesab olunur

Dünyada orta ömür 70 yaşdan yuxarı, bəzi ölkələrdə isə 84 yaş hesab olunur

XX əsrin əvvəllərində dünyada orta yaş həddi 30 idi. Bəzən camaat arasında ulu babalarımızın daha uzun ömür yaşadıqları barədə fikirlər dolaşsa da, statistika bunun əksini göstərir,- deyə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov söyləyib.

Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyasında çıxış edən akademik deyib: "Getdikcə orta ömür həddi artaraq əsrin ikinci yarısında 50-60 yaşa çatıb. Bu gün isə dünyada orta yaş həddi 70 və ondan yuxarı hesab olunur. Lakin bir sıra ölkələr var ki, orada orta ömür 84 yaş həddindədir, yaxın onilliklərdə həmin rəqəmin 90-a çatacağı güman edilir”.
Akademik belə bir məlumatı da sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, herontoloqlar dünyaya gələn hər üç uşaqdan birinin 100 il yaşamaq ehtimalı olduğunu söyləyirlər(azərtac).

Xəbər 163 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR