Dünyada noutbuk satışı azalıb

Dünyada noutbuk satışı azalıb

İDC analitik şirkətinin mütəxəssisləri Hindistanda bu ilin üçüncü rübündə noutbuk bazarının nəticələrini açıqlayıblar.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, bu hesabat onunla maraqlıdır ki, ümumilikdə dünya kompüterlər bazarındakı vəziyyətin inkişafda olan bu bazardan nə qədər fərqli olduğunu göstərir.
Bircə onu demək kifayətdir ki, Hindistanda bir rüb ərzində masaüstü kompüterlərin satışı 72,3 faiz, bir il ərzində isə 20,5 faiz artıb. Ancaq İDC şirkətinin hesablamalara görə, dünya üzrə masaüstü kompüter bazarı bir ildə 0,5 faiz azalıb.
Bu artım təhsil sahəsində iri kompüterləşdirmə layihələri ilə bağlı olub. Hətta bu faktoru nəzərə almasaq, 2016-cı ilin üçüncü rübü ilə müqayisədə artım 10,9 faiz təşkil edir.
Daha çox artım kommersiya seqmentində noutbukların satışının artımı ilə bağlıdır. İkinci yerdə istehlak seqmentinə aid noutbuklar gəlir. Maraqlıdır ki, iş stansiyaları istisna olmaqla, bütün digər seqmentlərdə də artım qeydə alınıb.
Tədarükçülərin ilk üçlüyünü bazarın 31,1 faiz payı ilə HP, 24,1 faiz bazar payı ilə "Lenovo” və 20 faiz bazar payı ilə "Dell” şirkətləri təşkil edib.
 
Aktual.az
Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR