Dünyada ölüm və doğumları göstərən onlayn xəritə

Dünyada ölüm və doğumları göstərən onlayn xəritə

Dünyada hər gün yüz minlərlə doğum və ölüm halları gerçəkləşir. Dünyadakı insan artım və azalmasını anlıq olaraq müşahidə etmək yəqin ki, hər kəs üçün həyəcanverici bir fikir olardı.


 

Modern.az xəbər verir ki, proqram mütəxəssisi olan Brad Lyon, bu artımı ya da azalışı görə bilmək üçün bir simulyasiya hazırlayıb.

 

Maraqlı bir interaktiv xəritə hazırlanıb, bu isə doğum və ölüm hallarının necə dəyişdiyini anbaan olaraq görə bilməyimizi təmin edir.

 

İlk vaxtlar yalnız ABŞ üzərində doğum və ölümlərin interaktiv simulyasiya xəritəsini meydana gətirən Lyon, bu xəritəni bütün dünyanı əhatə edəcək şəkildə inkişaf etdirib.

 

Həmin xəritəyə əsasən halhazırda ən çox doğumun Hindistan, ölüm halının ən yüksək olduğu ölkə isə Çin də olduğunu görə bilərik.

 

http://worldbirthsanddeaths.com/

 

Xəbər 138 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR