Dünyada ən çox pul qazanan məşhurların adı açıqlandı - SİYAHI

Dünyada ən çox pul qazanan məşhurların adı açıqlandı - SİYAHI

"Forbes” dünyanın ən çox qazanan məşhur simalarının sıralamasını hazırlayıb.

 

Apasport.az saytının məlumatına görə, ilk "onluq”da Lionel Messi və Kriştiano Ronaldoya da yer tapılıb.

"Barselona”nın ulduzu 111 milyon dollarlıq gəliri ilə 8-ci, "Real”ı "Yuventus”u dəyişən Kriştianu Ronaldo (108 milyon) isə 10-cudu. Sıralamaya 285 milyon dollarlıq qazancı ilə məşhur boksçu Floyd Meyvezer başçılıq edir. O, təkcə Konor MakQreqorla döyüşdən 275 milyon dollar gəlir əldə etmişdi.

İkinci pillədə aktyor Corc Kluni (239 milyon) qərarlaşıb. İlk üçlüyü isə model Kayli Cenner (166,5 milyon) qapayır.

1. Floyd Meyvezer – 285 milyon dollar

2. Corc Kluni – 239 milyon

3. Kayli Cenner – 166,5 milyon

4. Cudi Şeyndlin – 147 milyon

5. Dueyn Conson – 124 milyon

6. U2 – 118 milyon

7. Coldplay – 115,5 milyon

8. Lionel Messi – 111 milyon

9. Ed Şiran – 110 milyon

10. Kriştianu Ronaldo – 108 milyon

 
Aktual.az
Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR