Dünya zənginləri bir gündə 35 mlrd. dollar itiriblər

Dünya zənginləri bir gündə 35 mlrd. dollar itiriblər

"Bloomberg" agentliyi tərəfindən hazırlanan dünyanın ən zəngin 500 insanın siyahısında yer alan biznesmenlər dünən, mayın 17-də 35 mlrd. ABŞ dolları həcmində vəsait itkisi ilə üzləşiblər. 

Aktual.az  report-a istinadən xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın ətrafında yaranan siyasi qalmaqal olub. Belə ki, dünənki hərraclarda "Dow-Jones" və "S&P500" indeksi 1,8%, "NASDAQ" isə 2,6% azalma göstərib. Nəticədə, dünyanın ən zəngin insanı olan Bil Geyts 1 mlrd. dollar, Cef Bezos 1,7 mlrd., Amansio Orteqa isə 325 mln. dollar itiriblər. Ən çox maliyyə itkisi ilə üzləşən biznesmen isə Mark Tsukerberq olub. O, dünənki hərraclardan sonra sərvətinin 2 mlrd. dollar hissəsindən məhrum olub.  
 
Aktual.az 
Xəbər 69 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR