Dünya hüquq müdafiəçiləri ekstremizmi müzakirə etmək üçün Qətərə toplaşıb

Dünya hüquq müdafiəçiləri ekstremizmi müzakirə etmək üçün Qətərə toplaşıb

Sentyabrın 15-də Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsinin təşkilatçılığı ilə “Nifrət və ekstremizmlə mübarizə” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Dünyanın dörd bir yanından tanınmış hüquq müdafiəçiləri, ombudsman və hüquqşünasların qatıldığı bu toplantıda son vaxtlar dünyada baş verən hadisələr, dözümsüzlük və ekstremizm, qətliam və müharibələr müzakirə olunmaqdadır.

Konfransı giriş sözü ilə açan Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Dr. Əli bin Smailkh Əl Marri dünyada cərəyan son hadisələrə qısa nəzər salıb və müsəlman dünyasının birliyi üçün zəruri mesajlar verib.

Konfransda yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da müzakirələrə qatılıb və Azərbaycanın üzləşdiyi terror və ekstremizm barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Xəbər 1135 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR