Dünya çempionatında ilk qırmızı vərəqə göstərilib

Dünya çempionatında ilk qırmızı vərəqə göstərilib

 Rusiyadakı futbol üzrə dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb.

"Report"un məlumatına görə, Yaponiya ilə H qrupunun oyununda sloveniyalı baş hakim Kolumbiya yığmasının yarımmüdafiəçisi Karlos Sançesi meydandan qovub. Saranskdakı "Mordoviya Arena"da keçirilən matçın 3-cü dəqiqəsində Sançes özlərinə məxsus cərimə meydançasında topun qarşısını əllə kəsib. Bu səbəbdən, Skomina ona "qırmızı" göstərib və Yaponiyanın lehinə penalti təyin edib. Sindzi Kaqava bu imkandan yararlanmağı bacarıb.
Lakin Kolumbiya yığması azlıqda olduğu halda, bərabərlik qolunu vurub. 39-cu dəqiqədə Xuan Kintero cərimə zərbəsindən fərqlənib - 1:1. 
 
Aktual.az
Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR