Dünya birjaları bir gündə 4 trln. dollar itirib

Dünya birjaları bir gündə 4 trln. dollar itirib

ABŞ fond birjalarında fevralın 5-də yaşanan kəskin satış dünya kapital bazarına sıçrayıb. Nəticədə fond birjalarındakı satış səbəbindən səhmlərin məcmu dəyəri 4 trln. dollar azalıb.

"Report” "Habertürk” saytına istinadən xəbər verir ki, VIX volatillik indeksi də 2015-ci ilin avqust ayından sonra ilk dəfə 50 bənd səviyyəsini ötüb.
Analitiklər ABŞ fond birjalarında baş verən kəskin azalmaya 5 əsas səbəb göstəriblər:
1) ABŞ-da inflyasiyanın sürətlənməsi;
2) 2018-ci ildə FED-in 4 dəfə faiz artırması ehtimallarının güclənməsi;
3) ABŞ fond birjası indekslərinin 2009-cu ildən etibarən 4 dəfəyə yaxın artması səbəbindən gözlənilən satış;
4) Satışın başlamasından sonra robot proqramlarının işə düşməsi nəticəsində satışın daha da sürətlənməsi;
5) Sürü psixologiyası ilə satışın geniş investor təbəqəsinə yayılması.
"Report”un analitik qrupu tədricən yumşaq şəkildə fond birjalarında səhmlərin ucuzlaşacağını, faizlərin artması ilə investorların istiqraz bazarına yönələrək uzun müddət orada cəmləşəcəyini proqnozlaşdırır.
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR