Dünya Bankı Azərbaycana ayırdığı krediti təsdiqlədi - 400 mln. dollar

Dünya Bankı Azərbaycana ayırdığı krediti təsdiqlədi - 400 mln. dollar

Dünya Bankı 2017-ci ilin maliyyə ili ərzində (2016-cı il iyulun 1-dən 2017-ci il 30 iyunadək) Azərbaycana ayrılan 400,25 mln. dollar həcmində kredit və qrantı təsdiqləyib.

Aktual.az  "APA”ya istinadən xəbər verir ki, 2016-cı ilin maliyyə dövrü ərzində Azərbaycana ayrılan kredit və qrantların həcmi 207 milyon dollar olubsa, bu il üçün bu göstərici 400,25 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, ayrılan kreditin 400 mln. dolları "Cənub Qaz Dəhlizi” layihəsinə, 0,25 mln. dollarlıq qrant isə 2017-2022-ci illər ərzində insan resursları və İKT sahəsində potensialın artırılması ilə bağlı məsələlərin həllinə yönəldiləcək.

Xatırladaq ki, ümumilikdə 2013-2017-ci illər ərzində Dünya Bankı tərəfindən Azərbaycana 1 mlrd. 238,25 mln. dollar kredit ayrılıb.
 
Aktual.az 
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR