Dünənki zəlzələ Ağdama hansı ziyanı vurdu? - Rəsmi AÇIQLAMA

Dünənki zəlzələ Ağdama hansı ziyanı vurdu? - Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən- noyabrın 17-də Bərdə, Tərtər, Mingəçevir və Ağdamda yenidən zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ əsasən Ağdam və Bərdədə qeydə alınıb. 
"Maqnitudası 4.7, dərinliyi 25 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub",- deyə Mərkəzdən bildirilib.
Modern.az-ın əməkdaşı  Ağdam rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra Hakimiyyətindən bildirilib ki, ötən gün baş verən zəlzələ nəticəsində rayonda heç bir fəsad qeydə alınmayıb.
Ancaq noyabrın 15-də baş verən zəlzələ nəticəsində 127 evə ziyan dəyib. Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəymiş ziyanın tam müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir”.
Mingəçevir İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev  bildirib ki, dünənki zəlzələ nəticəsində şəhərə heç bir ziyan dəyməyib.
"Ancaq silkələnmə olmuşdu. Bundan öncəki zəlzələ də şəhərdə heç bir fəsad qeydə alınmayıb”.
Qeyd edək ki, noyabrın 15-də saat 23:48-də Ağdam, Mingəçevir, Bərdə və Tərtər ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
 
Aktual.az
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR