Dünən axtarışda olan 20 nəfər tutulub

Dünən axtarışda olan 20 nəfər tutulub

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 109 cinayət faktından 19-nun üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilibki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 18 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.
 
Aktual.az
Xəbər 184 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR