DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşı artırıldı

DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşı artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki ,sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Dövlət başçısı Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması haqqında da sərəncam imzalayıb.

Nazirlər Kabineti bu sərəncamlardan irəli gələn məsələləri həll etməlidir.

Xəbər 1202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR