DÜŞMƏN QORXUDA: Cəbhəyə hərbi texnika toplayır - SON DƏQİQƏ

DÜŞMƏN QORXUDA: Cəbhəyə hərbi texnika toplayır - SON DƏQİQƏ

Cəbhədə gərginlik ümumilikdə qalsa da, Ağdam-Tərtər istiqamətində sakitlikdir. Ötən gecə Xocavənd-Füzuli istiqamətində də gərginlik qeydə alınmayıb.

Bu barədə məlumatı Cebhe.info-nun bölgə müxbiri verib.  

Məlumata görə, Ağdərə cəbhəsində silah səsləri bu gün də eşidilib. Talış kəndi istiqamətində isə gərginlik qalır.

Döyüş bölgəsində mövqelərin möhkəmləndirilməsi işi davam edir. Düşmən   mövqələrini gücləndirir. Səhər saatlarında Ağdam rayonunun işğal altında olan Tərnöyüt kəndi istiqamətindən Uzundərə adlanan yerə gedən yolla düşmənə məxsus xeyli tank və digər ağır, özüyeriyən artilleriya qurğularının hərəkətini müşahidə olunub.

Xəbər 7881 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR