Dronların istifadəsi üçün YENİ ŞƏRTLƏR

Dronların istifadəsi üçün YENİ ŞƏRTLƏR

Latviyanın "Aerons” şirkəti 180 kiloqramadək ağırlığı qaldıran 28 mühərrik və 16 batareyaya malik pilotsuz uçan aparat hazırlayıb.

Publika.az xəbər verir ki, yeni konstruksiya quruluşu drona daha çox funksiyaları yerinə yetirməyə imkan verir. Mühəndislərin layihələndirməsinə görə, aparat hündürmərtəbəli binalarda yanğınları söndürə, axtarış əməliyyatları həyata keçirə və ya külək turbinləri kimi mürəkkəb quruluşa malik qurğuların təmizlənməsində istifadə edilə bilər.

"Aerons” şirkəti 3 il əvvəl şəxsi vəsaitlər hesabına 3 təsisçi tərəfindən yaradılıb. Yeni ixtira haqqında danışan şirkət rəhbəri Yanis Putrams son 2 ay ərzində külək turbinləri sahibləri ilə aktiv müzakirələr aparıldığını dilə gətirib:
"Biz ABŞ, Cənubi Amerika, İspaniya və Türkiyədən çoxsaylı müraciətlər alırıq. Bu mövzuda dünya ölkələri də bizə öz köməklərini təklif edirlər. Bundan başqa, biz Kanada, Skandinaviya və bir sıra Avropa ölkələri ilə əlaqə qurmuşuq. Çünki qış iqlimində külək turbinləri buz bağlayır və bu səbəbdən onların fəaliyyəti dayanır. Bu, onlar üçün çox aktualdır”.

Hazırda mühəndislər yeni layihələr əsasında hazırlanan dronların sınaq uçuşlarını gerçəkləşdirirlər. Şirkət indi üçün dronları satışa çıxartmaq istəmədiyini deyib. Təmizlik xidmətləri təklif edən servis yaratmağı planlaşdırırlar. Dronları birbaşa satmaq deyil, kirayə xidməti ilə istifadə edəcəklər.

Gələcəkdə robotun konstruksiyasının və proqram təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
Xəbər 87 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR