Dörd ilə insan beyni kompüterlə əlaqələndiriləcək

Dörd ilə insan beyni kompüterlə əlaqələndiriləcək

ABŞ-ın "Tesla” və "SpaceX” özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı İlon Mask (Elon Musk) insan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya işləyib hazırlayan "Neuralink” layihəsinə rəhbərlik edəcəyini təsdiqləyib.
 
İKT.lent.az-ın "The Crunch” saytına istinadən verdiyi məlumata görə, İ. Mask yaxın 4 il ərzində yeni startapın ilk nəticələr ortaya qoyacağını vəd edib.  
 
Qeyd edək ki, "Neuralink” insan beynindəki məlumatları hesablayaraq onları rəqəmli daşıyıcılara yazmağa imkan verən texnologiya hazırlayır. Söhbət insan beyni və maşınların bir növ, simbiozundan gedir. "Neyron krujeva” adlanan texnologiya elektrodların beyinə implantasiyasını nəzərdə tutur. Bununla insanlar hər hansı fiziki alət olmadan birbaşa kompüterə informasiya yükləyə biləcəklər. Eyni zamanda, süni intellekt vasitəsilə beyin aktivliyi artırılacaq. "Neuralink”in rəhbərləri gələcəkdə bu metodun bəzi xəstəlikləri, o cümlədən epilepsiya və iflici müalicə etməyə imkan verəcəyini də düşünürlər. Layihə ilkin mərhələdədir. Artıq yeni şirkətə əməkdaşların cəlb olunmasına başlanıb.
 
Aktual.az
Xəbər 113 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR