Dostların, qardaşların çiyni...

Dostların, qardaşların çiyni...

Heç nə çəkmir bizi özünə
dostların, qardaşların çiyni qədər.
Dostların, qardaşların çiynində 
böyüyürük axı... 

Tabutumuz üçün yonulan ağacların fəryadını,
təkcə dostların, qardaşların çiyni eşidir...

Təkcə dostların, qardaşların çiyni duyur
gövdəsi kəsilmiş ağacların
budaq-budaq doğranan qanlı biləklərini...

Təkcə dostların, qardaşların çiyni görür
gövdəsi kəsilmiş ağacların
tabutumuzadək uzanan köklərini...

Sığınacağımız məzara 
dostların, qardaşların çiyni yüyürür
                                   bizdən qabaq...
Dostların, qardaşların çiyni çürüyür
                                     bizdən qabaq...

İbrahim RÜSTƏMLİ
Xəbər 1196 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR