Donald Tramp: “ABŞ-ın NATO-dan çıxmasına ehtiyac yoxdur”

Donald Tramp: “ABŞ-ın NATO-dan çıxmasına ehtiyac yoxdur”

ABŞ prezidenti Donald Tramp ölkəsinin NATO üzvlüyündən çıxacağını söyləmədiyini deyib.

"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, o, bunu Brüsseldə NATO-nun sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.
ABŞ Senatı təsdiq etmədən ölkəsini NATO-dan çıxarmaq ehtimalı barədə danışan Donald Tramp deyib: "Buna edə bilsəm də, ancaq bu addımı atmağa ehtiyac yoxdur”.
Qeyd edək ki, Almaniyanın DPA agentliyi sammitdə iştirak edən və adının açıqlanmasını istəməyən mənbəyə istinadən Donald Trampın tərəfdaşlarını NATO-dan çıxmaqla hədələdiyi barədə məlumat yaymışdı.
"Əgər Alyansa üzv dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhslun 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar", - D.Tramp Brüsseldə NATO sammitində vurğulayıb.
Almaniya müdafiə xərclərini Vaşinqtonun tələb etdiyi həcmdə artırılmasına vəd verməkdən imtina edib. Rəsmi Berlin müdafiə xərclərini 2024-ci ilə qədər ÜDM-in 1,5 faizinə qədər artırmağı planlaşdırır.
 
Aktual.az
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR