Dolların kursu 1,70 manatdan aşağı düşdü

Dolların kursu 1,70 manatdan aşağı düşdü

Azərbaycanın nağd valyuta bazarında ABŞ dollarının satış məzənnəsi 1,70 manatdan aşağı düşüb. 

"Report" xəbər verir ki, "Amrahbank" ASC-nin filiallarında dolların satış məzənnəsi 1,6995 AZN/USD-yə kimi geriləyib. Qeyd edək ki, yay aylarından etibarən Azərbaycanın nağd valyuta bazarında dollar 1,70 manatadan baha satılıb.
"Report"un analitik qrupu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Mərkəzi Bankla (AMB) bu həftə keçirdiyi növbəti valyuta hərraclarında hazırda 1,7001 AZN/USD olan rəsmi məzənnənin geriləyə biləcəyini bildirir. Dolların məzənnəsinin azalmasına səbəb kimi qlobal bazarda dolların ucuzlaşması və neftin qiymətinin yüksəlməsi amilləri göstərilir.
"Report"un analitik qrupu nağd valyuta bazarında dolların məzənnəsinin 1,63-1,65 AZN/USD, rəsmi məzənnənin isə 1,67 AZN/USD səviyyəsinə qədər geriləyə biləcəyini ehtimal edir: "Lakin ilin sonuna doğru dolların məzənnəsində yenidən artım baş tutacağı istisna olunmur". 







Xəbər 183 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR