Dollar və avro ucuzlaşdı — RƏSMİ MƏZƏNNƏ

Dollar və avro ucuzlaşdı — RƏSMİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 8-ə olan məzənnəsini açıqlayıb


AMB-dən  verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 7-i ilə müqayisədə 2,8% ucuzlaşaraq 1,8252 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 2,0102 manatdan 1,9489 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0319 manatdan 0,0307 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,5071 manatdan 0,4874 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,3392 manatdan 2,2811 manatadək ucuzlaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,7036 manatdan 0,6856 manatadək azalıb.
 
Aktual.az
Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR