Diplomatların fəaliyyətinə nəzarət qaydaları dəyişdirilir

Diplomatların fəaliyyətinə nəzarət qaydaları dəyişdirilir

Azərbaycanın diplomatik orqanlarının əməkdaşlarının fəaliyyətinə nəzarət genişləndirilir, bütün diplomatik xidmətdə olanların fəaliyyətinin attestasiya edilməsi qaydası konkretləşdirilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Diplomatik xidmət haqqında” qanuna əlavə və dəyişiklik təklif edilir.

Layihəyə əsasən, qanunun 14-cü (Xidməti attestasiya və fəaliyyətin qiymətləndirilməsi) maddəsinə əlavə edilən yeni bəndə görə, "müvafiq vəzifələrdə azı 1 il çalışan diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər. Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfən çox olmayaraq keçirilir”.

Maddənin 3-cü bəndi isə dəyişdirilərək belə verilir: "xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir”. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Xidməti attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 23-də müzakirəyə çıxarılacaq.
 
Aktual.az
Xəbər 63 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR