DİN Şəmkirdəki intihar hadisəsi ilə bağlı məlumat yaydı

DİN Şəmkirdəki intihar hadisəsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş verən dəhşətli hadisə ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, iyulun 25-də saat 21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb.

Ana və övladları hadisə yerində ölüblər.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR