DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirildi - YENİLƏNİB

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirildi - YENİLƏNİB

Bu ay Bakı Şəhər İcra Hakimyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən (BNA) alınaraq Daxili İşlər Nazirliyinə (DİN) verilmiş "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin adı və rəhbəri dəyişdirilib.

"Report" xəbər verir ki, şirkət bundan sonra "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” adı altında fəaliyyət göstərəcək.

Ona rəhbərlik isə Aqşin Həbibovdan Rauf Mirqulamova keçib. O, bundan əvvəl "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi olub.

Yeni şirkət 107,7 FM tezliyində fəaliyyət göstərən "Avto FM" radiosunun idarə edilməsi ilə məşğul olacaq.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, Mərkəzin rəhbərliyində deyil, nəzdindəki strukturda və onun rəhbərində müvafiq dəyişiklik edilib. Belə ki, nazirliyin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi idarə səlahiyyətli olmaqla hazırda fəaliyyətini davam etdirir.​ Lakin xidmətin daha səmərəli təşkili üçün ştat vahidlərində müvafiq komplektləşdirmə həyata keçirilib. Əvvəllər Mərkəzin İctimaiyyətlə əlaqələr sektorunun daxilində olan "Radio 107,7FM" bundan sonra "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” kimi fəaliyyət göstərəcək. 

Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR