DİN Fəzail Ağamalının köməkçisinin ölümü ilə bağlı məlumat yaydı - Rəsmi

DİN Fəzail Ağamalının köməkçisinin ölümü ilə bağlı məlumat yaydı -   Rəsmi

Daxili İşlər Nazirliyi (DİN) deputat Fəzail Ağamalının köməkçisinin öldüyü yol qəzası ilə bağlı rəsmi məlumat yayıb. 

Aktual.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 11-də saat 11 radələrində Salyan rayonunun Xıdırlı kəndində Neftçala rayon sakinləri Əli Rəsulovun idarə etdiyi “QAZ-3302” (yük) və Ulduz Sadıqovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə U.Sadıqovun sərnişinlərindən Həsənbala Həsənov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən Həsənbala Həsənov deputat Fəzail Ağamalının köməkçisi olub. 

 
Xəbər 661 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR