DİN-dən əlləri baltalanan gənclə bağlı - Açıqlama

DİN-dən əlləri baltalanan gənclə bağlı   - Açıqlama

Daxili İşlər Nazirliyi Zaqatalada əlləri baltalanan gənclə bağlı məlumat yayıb.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Nazirlikdən daxil olan məlumatda bildirilir ki, Zaqatala şəhərində noyabrın 28-də şəhər sakini Araz Musayev münaqişə zəminində həmyerlisi Vüsal Bəşirovun qollarının bilək nahiyəsinə balta ilə xəsarət yetirib.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev tutulub.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR