DİN-də struktur dəyişikliyi - Yeni rəis təyinatı

DİN-də struktur dəyişikliyi   - Yeni rəis təyinatı

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik baş verib.

Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsi DYP-dən ayrılıb. Şöbə bundan sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olacaq. DYP-dən ayrılan şöbə bundan sonra DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi adlanacaq. Məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl həmin şöbəyə yeni rəis təyin edilib. Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Əhədov Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Əvvəlki şöbə rəisi, polis polkovnik-leytenantı Hikmət Kərimov isə sərəncama göndərilib. //Avtosfer.az

Xəbər 900 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR