DİN Bakıdakı dəhşətli qətllə bağlı məlumat yaydı

DİN Bakıdakı dəhşətli qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Səbail rayonunun Neftçilər prospektində törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, aprelin 30-da Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Yelena Sandradinovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitriy Razumnıy tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR