DİN 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

DİN 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb. 
 
Aktual.az nazirliyə istinadən xəbər verir ki, dekabrın 13-də saat 7:00 radələrində Goranboy rayonunun Qarqucaq kəndində Bərdə rayon sakini Məhiyəddin Kərəmovun idarə etdiyi "Shacman” və Gəncə şəhər sakini Kamil Qəhrəmanovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə K.Qəhrəmanov və sərnişinləri - Tural Əsgərov və qardaşı Elçin hadisə yerində ölüblər.
 
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
 
Aktual.az
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR