DİM qəbul imtahanlarında balların hesablanma qaydasını açıqlayıb

DİM qəbul imtahanlarında balların hesablanma qaydasını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 13-də II və III, mayın 20-də isə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin ballarının hesablanması qaydasını açıqlayıb.


APA-nın xəbərinə görə, qaydaya görə, abituriyentin ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar aşağıdakı cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir. Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır:

NB = NBq + NBa

NB – fənn üzrə nisbi bal, NBq – qapalı tipli test tapşırıqları üzrə nisbi bal,

NBa – açıq tipli test tapşırıqları üzrə nisbi baldır.

NBq = 4 x Dq – Yq  (hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0  götürülür),

Dq – qapalı tipli test tapşırıqları üzrə doğru cavabların, Yq – qapalı tipli test tapşırıqları üzrə yanlış cavabların sayıdır.

NBa = 4 x Da  (açıq tipli test tapşırıqları tətbiq olunmayan fənlər üzrə NBa=0 götürülür),

Da – açıq tipli test tapşırıqları üzrə doğru cavabların sayıdır.

İMTAHAN FƏNLƏRİ VƏ ONLARIN İXTİSAS QRUPLARI ÜZRƏ ÇƏKİ ƏMSALLARI

İMTAHAN
FƏNLƏRİ
İXTİSAS QRUPLARI VƏ MÜVAFİQ ÇƏKİ ƏMSALLARI
I QRUP II QRUP III QRUP IV QRUP
Ana dili 1 1 2 1
Ədəbiyyat     1  
Riyaziyyat 2 2 1 1
Fizika 2     1
Kimya 1     2
Biologiya       2
Tarix     2  
Azərbaycan tarixi   1    
Coğrafiya   2    
Xarici dil 1 1 1  

Ətraflı məlumat almaq üçün bu linkə keçid etmək lazımdır: http://dim.gov.az/bh/index.html

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR