Diktatorun qardaşının cəsədi açılacaq: İKİNCİ DƏFƏ

Diktatorun qardaşının cəsədi açılacaq: İKİNCİ DƏFƏ
  • DÜNYA

Malayziya polisi Şimali Koreya diktatoru Kim Çen Inın  bu ölkədə öldürülən qardaşı Kim Çen Namın cəsədini açacaq.

Aktual.az xəbər verir ki, bu barədə yerli "Oriental Daily News” qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, bu, artıq sayca ikinci olacaq. Cəsədin ikinci dəfə açılmasına səbəb ölüm səbəbi ilə bağlı daha ətraflı dəlillər əldə etməkdir. Cəsəd birinci dəfə ölümdən dərhal sonra açılıb, ancaq heç bir nəticə əldə edilməyib. 

Şimali Koreyanın bu ölkədəki səfirliyi birinci nəticələri qəbul etmədiyini bildirib. Səfirlik bunun səbəbini prosesdə Şimali Koreya nümayəndələrinin iştirak etməməsi ilə izah edib. 
Xatırladaq ki, ölüm faktı 14 fevralda baş verib. Naməlim şəxslərin Kim Çen Namı aroportda zəhərli spreylə öldürdüyü təxmin olunur. Artıq hadisə ilə bağlı 4 nəfər saxlanılıb. Onların ikisi qadındır. Saxlanan şübhəlilərdən biri 47 yaşlı Şimali Koreya vətəndaşıdır. 

Xatırladaq ki, Kim Çen Nam Şimali Koreyanın əvvəlki lideri Kim Çen İrin nikahdankənar oğlu olub. Anası aktrisa Son Xe Rimdir. Əvvəlcə bir sıra dövlət vəzifələrində işləyən Kim Çen Nam atasından sonra hakimiyyətə əsas varis kimi qəbul edilirdi. Ancaq 2001-ci ildə saxta pasportla Yaponiyaya getmək istəyərkən saxlandığına görə prezident kürsüsünə kiçik qardaşı Kim Çen İn oturub.  //Cebhe.info 
 
Aktual.az
Xəbər 770 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR