Diktatorun qardaşını öldürən qadının FOTOSU

Diktatorun qardaşını öldürən qadının FOTOSU
  • DÜNYA

Malayziya paytaxtı Kuala-Lumpurun beynəlxalq aeroportunun təhlükəsizlik kameraları tərəfindən qeydə alınan bir qadının görüntüləri yayılıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, qadının Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri, diktator Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qatillərindən biri olduğu ehtimal edilir.
Məlumata görə, yerli polis aeroportun təhlükəsizlik kameralarının görüntülərini təhlil edir. Kameranın obyektivinə qadınlardan biri düşüb. Onun Kim Çen Nama yaxınlaşdığı təxmin edilir. Qadın nisbətən gəncdir, əynində uzun qollu ağ kofta və mini yubka var.
Müstəntiqlər güman edirlər ki, Şimali Koreya liderinin qardaşına sui-qəsd iki qadın tərəfindən edilib. Onlar daha sonra cinayət yerindən taksi ilə uzaqlaşıblar. Cənubi Koreya kəşfiyyatı hesab edir ki, güman edilən cinayətkarlar Malayziyanı hələ tərk etməyiblər.
Yaponiya mütəxəssisləri isə öz növbəsində bildirirlər ki, sui-qəsddə şübhəli bilinənlər artıq ölü ola bilərlər.
"Reuters” agentliyinin yazdığına görə, ABŞ Kim Çen Namın Şimali Koreyanın xüsusi xidmət orqanlarının agentləri tərəfindən öldürüldüyünə əmindir.
 
Aktual.az
Xəbər 636 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR