DGK sədri: "İstehsal məqsədilə gətirilən mallar vergiyə cəlb ediləcək"

DGK sədri:

Azərbaycanda bəzi KİV-də dövlət başçısının məlum fərmanı səhv şərh edilir. Fərmana görə, kommersiya məqsədi olmayan məhsulların idxalı rüsumdan azad edilir. 

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, kommersiya və istehsalat məqsədilə gətirilən mallar əvvəlki qaydada vergiyə cəlb ediləcək: "Fərmana əsasən, Nazirlər Kabinetinə 3 ay, Dövlət Gömrük Komitəsinə 1 ay vaxt verilib. Bəzən jurnalistlər bunu kommersiya, yaxud istehsal məqsədilə gətirilən mallarla qarışdırırlar. Bu fərman əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün yalnız şəxsi məqsədlər üçün gətirilən mallara aiddir. Mövcud qanunvericiliyə əsasən, kommersiya və istehsal məqsədilə gətirilən mallar vergiyə cəlb ediləcək".
DGK sədri qeyd edib ki, bu yeniliyin büdcə daxilolmalarına təsirinin fərmanın tətbiqinə başlanıldıqdan sonra öyrənilməsi mümkün olacaq: "Fərmanın tətbiqi ilə bağlı müəyyən mexanizmlər hazırlandıqdan və müəyyən hesablamalar aparıldıqdan sonra bununla bağlı qəti qərar vermək olar".

Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR