Dərnəgül yolunda böyük tıxac var

Dərnəgül yolunda böyük tıxac var

Bakıda Ziya Bünyadov prospektində (keçmiş Dərnəgül) avtomobillərin böyük tıxacı yaranıb. 

Aktual.az Report-a istinadən xəbər verir ki, səhər saatlarından yola çıxan sürücülər əraziyə daxil olduqdan sonra hərəkət edə bilmirlər. Sürücülərin verdiyi məlumata görə, prospektdə 1 saatdan artıqdır avtomobillərində hərəkətsiz vəziyyətdə gözləyirlər.

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a verilən məlumata görə, yağışla əlaqədar prospektin müxtəlif hissələrində gölməçələr əmələ gəlib.

"Eyni zamanda yağış yağarkən avtomobillərin sürəti istər-istəməz azaldılır. Yağış gecədən yağır və yollarda gölməçələr əmələ gəlib", - deyə əlavə edilib.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirilib ki, hazırda Ziya Bünyadov prospektində (“Çermet” körpüsü yaxınlığında) briqadalarımızı, xüsusi maşınlarımızı səfərbər etmişik: "Yağış sularının yola çıxmaması üçün kanalizasiya xətlərini su maşınları ilə yoxlayırıq, dəmir barmaqlıqları təmizləyirik. Digər ərazilərdən bizə lokal zənglər daxil olur. 

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR