Deputatlar Oqtay Əsədovun rəhbərliyi ilə Latviyaya gedir

Deputatlar Oqtay Əsədovun rəhbərliyi ilə Latviyaya gedir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlamentin nümayəndə heyəti 28-30 may tarixlərində Latviyaya rəsmi səfər edəcəklər.
 
Modern.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Milli Məclisin katibi Akif Təvəkküloğlu deyib.
 
Səfər zamanı nümayəndə heyəti üzvləri Latviya Seymində olacaq, ölkə parlamentinin fəaliyyəti, qanunvericilik yaradıcılığı və burada deputatlar üçün yaradılan şəraitlə yaxından tanış olacaqlar.
 
Seymin binasında Milli Məclisin sədri Oqtay Əsədov Latviya Seyminin spikeri xanım İnara Murniyetse ilə görüşüb, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf prespektivləri barədə geniş fikir mübadiləsi aparacaqlar.
 
Söhbətdə parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının əhəmiyyəti və deputatların qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəmi barədə danışıqlar aparılacaq.
Həmçinin səfər çərçivəsində parlamentin spikeri Oqtay Əsədovun Latviya prezidenti, baş naziri, xarici işlər və iqtisadiyyat naziri ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, siyasi-iqtisadi münasibətlərimizin daha da dərinləşdirilməsi və regional münaqişələrin həlli barədə danışılacaq.
 
Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Azərbaycanın milli bayramı- Respublika Gününə həsr edilmiş tədbirdə iştirak edəcəklər.
 
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə parlament aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov və digər şəxslər daxildir.
 
Aktual.az
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR