“Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib” – FHN (FOTOLAR)

“Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib” – FHN (FOTOLAR)

24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3″ gəmisi ilə sahilə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.


APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlu olması müəyyənləşib.

Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR