Demokratiya nağılının muzdurları – Sənan Nəcəfovun yazısı

Demokratiya nağılının muzdurları  – Sənan Nəcəfovun yazısı

I yazı

Psixoloji müharibədə uduzan tərəf məlumatı, bilgisi az olan tərəfdir. İnformasiya müharibəsində daha möhkəm qışqıran, heç də haqlı deyil. Bəllidir ki, bu müharibəni aparanlar insan beyinini yuma, kütləyə təsir mexanizmini bacaranlar, böyük manipulyatorlardır. Məlumdur ki, hiylə və aldatmanın təsirli olması üçün onu gizli yerinə yetirilməsi lazımdır. Məqsədimiz bizə qarşı informasiya savaşı açmış güclərin hiylə və aldatma üsullarını cəmiyyətə, insanlara tanıtmaqla xidmətimizi göstərmək, xalqa qarşı aparılan informasiya müharibəsində atəş nöqtələrini üzə çıxarmaq, manipulyasiyanın fəsadlarını minimuma endirməkdir. Diqqətli olmaqdan, bu xidməti göstərməkdən başqa çarəmiz yoxdur.

***

"Əgər bütün hücumlara qarşılıq verməyə qalxmasaydım, hər şeyə vida etmək məcburiyyətində qalardım. Əlimdən gələni, doğru bildiyimi edirəm. Və sonsuza qədər edəcəm. Həqiqəti taparsam, Doğruya çatarsam, deyilənlərin bir önəmi qalmaz. Səhv edərəmsə, 10 mələk haqlı olduğumu söyləsə də faydası olmaz”

Haqsız tənqidlə qarşılaşdığımda bunu yada salıram: "Əlinizdən gələni edin, sonra çətirinizi açın və tənqid yağışının alnınızdan içəri süzməsinin qarşısını alın”.

***

Mirzə Cəlilin "Buz” hekayəsini yəqin ki, oxumusunuz. Dönün, bir dəfə də oxuyun, əmin olun ki, aşağıdakıları qeydlərimizdən sonra həmin ədəbi abidəyə yenidən və başqa rakursdan baxacaqsınız. Azı 2 dəfə oxumuşdum. Millət vəkili Fazil Mustafanın 3-4 il öncə qələmə aldığı bir yazıda bu hekayəyə elə fərqli traktovka vermişdi ki, qayıdıb bir də oxudum və anladım ki, indiki situasiyaya bu hekayə qədər aydınlıq gətirən ikinci klassik ədəbi hadisəmiz az tapılar.

Hekayədə 14 yaşlı uşağın adından, xalasının bərk xəstələnməsindən danışılır.
Əsərin baş qəhrəmanına xalasının əri bir qəpik verib buz dalınca yollayır ki, buzu alıb gətirsin xalasının sinəsinin üstünə qoysunlar. Elə hadisə bundan sonra başlayır. Buz dalınca gedən uşaq buzu alıb evə qayıdanda qonşuluqda hər zaman dalaşdığı Hacı Bayramın oğlu Şirəli ilə qarşılaşır. Xalasının vəziyyətini anlasa da Şirəli ilə dava etməyi daha vacib sayır. Buzun qalan hissəsini isti torpağa qoyub Şirəli ilə əlbəyaxa döyüşür, onun itlərini daşlayır. Bu hadisədən iki gün sonra baş qəhrəmanın xalası vəfat edir.

Millət vəkilinin hekayə ilə bağlı izahı isə belə idi: "Xəstələnmiş xalasını (bəlkə də Vətənini) xilas etmək istəyən uşaq buzu vaxtında gətirib çatdırmalıdır. Rus həkimi xalasının ərinə tapşırıb. Xalasının əri də ona tapşırıb. Evə doğru yürüdüyü yolda isə Şir Əlinin itləri (əslində Şirəlidir- millət vəkili ustalıqla belə təqdim edib və nəyə işarə vurduğu yəqin ki, bəllidir) onu gözləyir. "Şir” Əli itin arxasında gizlənib. Bu, əslində, itlə savaş deyil. İtin gücünü öz gücü hesab edən şirliyindən əsər qalmamış Şir Əli ilə savaşdır. Ya yerə qoymağa məcbur olduğu buz əriyəcək, ya da Şir Əlinin itini atdığı daşla susduracaq. Günün dilemması budur. Başqa yola düzəlsən, Şir Əli itini başqa birisinin üzərinə yönəldəcək. Elə bir dönüm nöqtəsi olur ki, iti daşlamaq üçün buzu əritməyə dəyər”. Millət vəkili "şir” Əlinin itləri ilə dava etməyimizi, yoxsa xəstə yatan qohumunu (əzizini, Vətənini) xilas etmək dilemmasında üstünlüyü itləri daşlamağa verir. "Doğru qəradımı, yalnışdırmı” bunu müəyyən etməyin zamanı deyil, "xəstə xala” can üstədir.

Hələliksə "şir” Əlinin virtual "itləri” ilə üz-üzəyik.

***

Liot planıSatqınları necə hazırlayırdılar?

SSRİ DTK-sının 20 il 5-ci Şöbəsinin rəisi işləmiş, Ordu generalı Filip Bobkovun "Satqınları necə hazırlayırdılar?” kitabında "Liot planı” haqda ətraflı yazılıb. «Plan uzunmüddətli məqsədlər üçün hazırlanmışdı. Bu planda Sovetlər Birliyini tədricən daxildən dağıtmaq üçün dəqiq xəritə cızılmışdı”

Plan iki böyük kəşfiyyat qrupunun hazırladığı- incəliklə hazırladığı, birgə fəaliyyətinin məhsulu idi. Plan haqda uzun-uzadı danışmaq istəmirik, çünki təqdim edəcəyimiz növbəti yazılarda imkan düşdükcə oxşar hadisələrin detallarını göstərəcəyik. "Liot planı” diqqətinizə çatdırmağımız məhz fransız generalının şərəfinə adlandırması ilə bağlıdır. Məsələ bundadır ki, Əlcəzairdə müstəqillik uğrunda gedən müharibədə (Əlcəzair Fransanın müstəməkəsi idi və 1954-cü ildə ölkənin müstəqillyi uğrunda müharibə başlamışdı. Ağır, qanlı və uzunmüddətli döyüşlərdən sonra 1962-ci ilin 19 martında Əlcəzairə müstəqillik verən Evian sazişi imzalandı) fransız general öz əsgərlərinə yol qırağında ağac əkməyi əmr etmişdi. Ilk günlərdə qızmar Əlcəzair günü altında bu məşəqqətli işin nə məna kəsb etdiyini anlamayan əsgərlər narazılıq edirdilər. Bu narazılıqları görən general məqsədini əsgərləri qarşısında çıxış edərək bəyan edir: "Bu ağaclar 50 il sonra böyüyüb, gövdəli ağac olacaqlar. O zaman sizin əvəzinizə gələn digər fransız əsgərlər bu ağacların kölgəsində gündən qorununda sizi- öz sələflərini sevgi, sayğı və hörmətlə xatırlayacaqlar”.

***

Sizə maraqlı deyilmi…?

… necə olur, bu qədər fakt, arqument, fikir səsləndirilməsinə baxmayaraq insanlar inandıqları siyasi partiya, lider və ya qrupu (etnik, dini, sosial) sona qədər dəstəkləyirlər? Buna cavab tapmaq üçün beyinin qərar vermə anı və Solomon Eş sınağı ilə tanış olmalıyıq.

… böyük informasiya müharibəsinin içindəyik və bu müharibədə məqsəd bizi öz dəyərlərimizdən, ali hesab etdiyimiz nəsnələrdən uzaq salmaqdı və bunun üçün xüsusi proqramlarla işləyirlər?

…özünə ziyalı deyənlər, niyə, cəmiyyətdə çəkisi, hörməti olanlar ən gərgin məqamda, ziyalı sözünə ehtiyac duyduğumuz anda susurlar? Buna cavab tapaq üçün "Susqunluq spiralı” effekti ilə tanış olmağımız lazımdır

… sosial şəbəkələrdə "çaqqal sürüsü”nün hücumuna məruz qalırsan, bunlar necə işləyirlər və hansı psixoloji təsirlərdən istifadə edirlər? Bunun üçün "astroturfinq”haqda məlumatlı olmalıyıq. Trollar, botların birləşdiyi briqdaların işləmə mexanizmlərini bilməliyik.

… Necə olur ki, siyasi liderə qarşı kampaniya başlayır, sosial şəbəkələrdə davamlı "rasktutka” edilir, bunu yayanlar "qəhrəman” kimi təqdim olunurlar? "landromat” Böyük yalanını xatırlayırsınız? Bunu bilmək üçün Böyük Yalan nəzəriyyəsininsosial şəbəkələrdə tətbiqini analiz etməliyik.

…Necə olur ki, insanlar hər şeyi sizdən, bizdən yaxşı bildiklərini düşünür, özlərini haqlı, bizi nahaq sayır? Haradandı onlarda bu haqq-nahaq tərəzisi? Yalnış Konsensus effekti bu haqdadır.

…Necə olur ki, gözləmədiyiniz, savadı və bacarığı yetərli olmayan birisi birdən "qəhrəmana” çevrilir, diqtə edir? Daninq –Krüger effekti buna aydınlıq gətirəcək

…Necə olur ki, bu qədər satqınlar, cuğullar, casuslar, agentlər kamufulyaj olunurlar, biz tanıya bilmirik? Bunun üçün "5-ci kolon” və "nüfuz (təsir) agentləri” haqda danışmalıyıq.

…Necə düşünürsünüz, sizcə xaricdə korrupsiya halı, polis özbaşınalığı, yalnış və qərəzli məhkəmə qərarları yoxdurmu? Bunun üçün konkret faktlar sadalayacağıq.

…Bizi yaltaq, hakmiyyətdən umacağı olanlar və s. idbar sözlərlə bəzəyənlər, özləri kimlərdilər?

…Ya "Düşmən mətbuat effekti”, "Argumentum ad populum” (xalqın arqumenti və ya necə deyərlər, camaat belə deyir”) haqda məlumatlı olarıqsa, nələrə qiymət verməyi bacararıq, hansı mətləblərə aydınlıq gələr?

Bu və digər məqamlarla bağlı, televiziya dili ilə desək, az sonra və daha ətraflı danışacağıq.

***

"Cəmiyyətin görünməyən mexanizimini işlədən insanlar, görünməyən idarəçilərdilər. Adını heç eşitmədiyimiz insanlar tərəfindən zehnimizə forma verildi, zövqlərimiz formalaşdırıldı”. (Walter Berneis)

***

Psixoloji müharibə – hədəf laqeyidlərin beynidir 

Psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi haqda çox danışmaq olar. Dəyərli vaxtınızı çox ala bilmərik. Amma məsələ bundadır ki, astroturfinq, susqunluq spiralı, qazlaytinq, yalnış konsensus effekti, Düşmən mətbuat effekti, "Argumentum ad populum” , Daninq-Krüqer effekti və digər psixoloji effektlər haqda danışmazdan öncə, informasiya müharibəsi, aparılma qaydası, fəsadları haqda qeydlərimiz olmalıdır.

Müharibələr zamanı hərbçilər döyüşdə güclərini effektiv idarə etmək üçün qarşı tərəfin informasiya mənbəyinə təsir etməyə, insanların fikrini lazım olan istiqamətə yönəltməyə çalışmısa haqda tarixdən yetərli faktlar var. Mütəxəssislərin altından qırmızı xətlə cızdığı bir aksiom varFiziki müharibə etmədən İnformasiya müharibəsi (İM) aparmaq olur, amma İM olmadan fiziki müharibə aparılmır. Başqa sözlə, fiziki müharibə aparılarkən, eyni zamanda onun tərkib hissəsi kimi İM-in aparılması zəruridir.

İnformasiya müharibəsi – təsiredici tərəfin öz məqsədinə çatmaq üçün müxtəlif üsul və vasitələrindən istifadə etməklə insanların psixologiyasına, fərdi və ictimai şüuruna qarşı həyata keçirdiyi genişmiqyaslı informasiya-döyüş əməliyyatıdır.  İnformasiya müharibəsində həmçinin qarşı tərəfin informasiya-kommunikasiya sistemlərinin normal iş fəaliyyətinin pozulması, psixoloji-ideoloji informasiyanın yayılması, informasiya blokadası, şayiələrin yayılması və s. əsas hədəfdir.

Psixoloji müharibə (PM) aparmaq- klassik anlamdakı müharibənin qazanıldığı (üstünlüyün davam etidirilməsi-indki halda Ermənistanın son illərdə apardığı İM) və ya itirildiyi (problemlərin aradan qaldırılması- indiki halda Azərbaycanın son illərdə apardığı İM) zaman insanların ruh halına təsir edərək nəticə almaqdır.  Psixoloji Müharibənin 5 taktiki hədəfi var: kütlədə diqtə edən tərəf itaət duyğusunu artırmaq, ictimai rəyi istənilən tərəfə yönəltmək, xalqla rəhbərliyin arasını vurmaq, kiçik və orta ranqlı idarəediciləri ələ almaq, mədəni inkişafı əngəlləmək.

Bu müharibədə son qələbə, düşmənin məğlub olduğunu qəbul etməsidir. Məğlubiyyəti qəbul etməyən rəqib, zaman keçər yenidən döyüşə qayıdar. Düşmənin bu qərara gəlməməsi, yəni geri dönüşünü önləmək üçün onun mənəviyyatının çökdürülməsi lazımdır ki, bunun üçün təbliğat əsas silahdır. Təbliğatın cəbhəxanasında söz, səs və görünütülü təsirdir. Burada söhbət gəlişigözəl sözlər, beyinlərə təsir üçün hesablanmış kliplərdən getmir. Üzərində uzun müddət düşünülmüş, zaman və zəmin üçün hesablanmış, şəkili və ölçüsü doğru seçilmiş və ən əsası hədəf kütləsi dəqiq təyin edilmiş fəaliyyətdir. Məqsəd daxili (və ya xarici) düşməni insanlıqdan kənar obrazda göstərmək və nifrət yaratmaqdır. Yəni elə sözlər, ifadələr, kəlmələr var ki, ya onlardan istifadə etməklə və ya lazım gəldiyi anda istifadə etməməklə "düşmən” heç görmədiyi işlərdə günahlandırılır, beyinlərdə qorxulu imic formalaşdırılır. Əksər vaxt təbliğatla "düşmən”in gerçək və ya xəyali yalnışlığın (haqsızlığın) günahkarı olduğu hissi yaradılır. Təbliğatın təsirli olması üçün uydurulan "rəvayət” inandırıcı, sadə, maraqlı, tutarlı, tez-tez təkrarlanan, regional və ya ümumi həqiqətlərə uyğunluğu hesablanır. Professor Nikolas Batlerin sözlərinə görə "Dünya üç sinif insanlara bölünüb: hadisələrin məcrasını yönəldən az qisim, hadisələrin gedişatını izləyən müəyyən qisim və baş verənlərdən heç nə anlamayan əksəriyyət”. Təbliğat, xüsusən mücadilənin sonunu müəyyən edəcək tərəfsizlər, fikri olmayanlar və tərəddüd içində olanlar üzərində qurulur. Yəni, hədəf insan beynidir, beyini idarə etməyi bacarmaqdır.

***

Çinli general Sun–Tzu, 2500 il öncə bu haqda yazırdı:

  • Düşmənin ən yaxşı olanları, dəyərlərini gözdən salın.
  • Düşmən ölkələrin xaqanlarının(rəhbərlərini) uğurlarını kiçildərək şöhrətlərinə kölgəyə alın, zaman gəldikdə xalqın bu uğurları xor görməsinə çalışın.
  • Adi və alçaq insanların işbirliyindən yararlanın.
  • Düşmən xalqın öz aralarında narazılığı və münaqişələri yayın.
  • Dəyərlərini gülünc hala gətirin.

Bu qeydlərin ölkəmizə qarşı aparıldığını sübut etmək üçün əlavə faktlarla sadalamağa ehtiyac var, yoxsa necə deyərlər "əlavə şərhə ehtiyac yoxdur”?

***

Hardadır o düşmən dəyirmanı? 

Haradasa 2-3 ayın söhbəti olar. Vaxtilə vəzifədə olmuş, istefaya gedəndən sonra "müxalifət”çi çevrilmiş birisi ilə söhbətimiz oldu. Sosial şəbəkələrdə yazılan bütün neqativləri ardıcıllığilə öz sözüimiş kimi danışdı. Səbrlə qulaq asdım. Ümumiyyətlə, qarşı tərəfi təsir altına salmaq üçün əsas üsullardan biri qarşındakını sona qədər dinləməkdir. İmkan verin, insan bütün enerjisini xərcləsin. Alovlu "müxalif” sonda kinayə ilə belə dedi: "bizi (?) düşmən dəyirmanına su tökməkdə günahlandırırlar. Haradadır o düşmən dəyirmanı, göstərin gedək biz də görək”. Dəhşətə gəldim. Beləsinə nəyi izah edəsən ki, dəyirman boyda daş göydən ələnməsin?

İnformasiya müharibəsini "su tökülən dəyirmanla” uzlaşdırmağa çalışaq. Əvvəlcədən deyim ki, mətbuatda, sosial şəbəkələrdə 5-ci kolon, erməni lobbisi, erməni agenturası, PİN, Leyla Yunus ifadələrini söz xatirinə istifadə etməkdən çox uzağam. Əlimdə olan faktlara, şərhlərə və analtik təfəkkürə əsaslanaraq fikirlərimi çatdırmağa çalışıram. İndi yazı başlayan kimi yenə "erməni dəyirmanı” ifadəsi sizi narahat etməsin. Vacib bilib startda bu mövzuya toxunuruq.

Qeyd etdik ki, yalan, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə bir ölkə digər ölkənin apardığı siyasəti gözdən salmağa, xalqla ordu arasında nifaqa çalışır, bir sözlə, insanlar arasında dövlətə inamsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Gəlin, ermənilərin informasiya savaşında hansı məqsədlər güddüyünü, nələrə əl atdıqlarına ümumi baxaq. Bu haqda ən tutarlı mənbələrdən biri tanınmış politoloq Əli Hacızadənin yazısıdır. O, ermənilərin informasiya savaşında məqsədilərini aşağıdakı kimi qruplaşdırıb. Beləliklə, bu 20 illik informasiya savaşında ermənilər çalışıblar ki…

…İşğal olunmuş torpaqları qaytarmamaq üçün ermənilərin haqlı olduqlarını dünya ictimayyətinə sübut etsinlər;

… Öz "müstəqilliyini” Azərbaycandan öncə "elan etmiş” Qarabağın qurban, Azərbaycanın isə təcavüzkar olduğunu göstərsinlər;

… Naxçıvanın və Azərbaycanın digər torpaqlarının da Ermənistana məxsus olduğunu tarixi "faktlarla” sübut etsinlər;

… Xocalı faciəsini ermənilər tərəfindən törədildiyini deyil, məhz Azərbaycan tərəfinin informasiya şantajı məqsədilə həyata keçirildiyini yaysınlar;

…Müxtəlif xarici qeyri hökumət təşkilatları və fondlar vasitəsilə, Azərbaycanda olan, təslimçi ruhlu, pasifist, milli mənliyini dərk etməmiş insanları tapıb, maliyyələşdirib və təşkilatlandırsınlar;

…Azərbaycan rəhbərliyi münaqişəni müharibə yolu ilə həll etməyə çalışarsa, hazırladıqları "5 ci kolon”u işə salmaqla, ölkədə gərginliyi artırsınlar;

… Belə satqınların, 5-ci kolonun köməyi ilə Azərbaycan cəmiyyətinə  Qarabağın bir dəfəlik itirildiyi fikrini aşılasınlar.

İndi isə minimum məqsədlər:

  • Azərbaycan dövləti, KİV-lər və ayrı – ayrı fəal vətəndaşları tərəfindən, erməni cinayətlərini ifşa edən, Ermənistanın təcavüzkar olduğunu bəyan və sübut edən məlumatların yayılmasının qarşısını almaq, bü mümkün olmadıqda, o informasiyanı yayan adamlara qarşı böhtan və qaralama kampaniyası aparmaq (bura həmçinin Azərbaycanın leyhinə məlumat yayan xarici jurnalistlər politoloqlar və elm adamları daxildir).
  • Azərbaycanın müharibə istədiyini, Ermənistanın isə yalnız müdafiə mövqeyində durduğu fikrini beynəlxalq ictimaiyyətə aşılamaq.
  • Paralel olaraq Dağlıq Qarabağda qurduqları qondarma qurumu müstəqil dövlət kimi təqdim etmək və tanıtmaq,
  • Müharibənin Qarabağla Azərbaycan arasında qetdiyi fikrini yaymaq, Ermənistanın isə yalnız Qarabağ xalqını Azərbaycanın "təcavüzündən” qorumağla məşğul olduğunu aşılamaq.

Bu məqsədlərə çatmaq və müəyyənləşdirdikləri təbliğatı aparmaq üçün ermənilər müxtəlif üsullardan və vasitələrdən istifadə edirlər.

Bura açıq- aşkar yalan və dezinformasiya xarakterli xəbərləri yaymaq, yalanla doğrunun qarışdırıldığı xəbərlər yaymaq, montaj edilmiş fotoşəkillərdən və videomateriallardan istifadə, habelə pullu "xidmət” göstərən əcnəbi müəlliflərin xidmətindən yararlanma və digər buna oxşar vasitələr daxildir.

Aprel döyüşləri ilə bağlı təxribatları, "bir təpəyə görə bu qədər igidin nahaq qurban verildiyini” iddia edən vicdansız replikalar, Leyla Yunusun qaynı – Ramis Yunusun bu əməliyyatları aşağılayıcı şərhlərini, separatçı rejimin baş qulduru bako saakyanın (xahiş edirəm bu məxluqun adının kiçik hərflərlə yazılmasını səhv kimi qəbul etməyin- müəl.) ABŞ-a səfəri zamanı Avropada qəfil meydana çıxmış "qəhrəman” Orduxanın öz "ordusuna” Nyu-Yorkda Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirməyi tapşırması, PİN təşkilatının maliyyəsi ilə Meydan Tv-nin fəaliyyəti, Leyla Yunusun Avropa Məhkəməsində Azərbaycan əlehinə 2 iş qaldırmasını və s. saymaqla bitməyəcək basqı metdolarını xatırlayın. İnformasiya müharibəsi başqa nə cür olur? İM mahiyyətini anlamaq üçün bu hadisələri xatırlamaq yetərlidir. Və yaxud əksinə İM deyərkən erəmənistanın Azərbaycana qarşı apardığı bu yaramaz şouları düşünün. Bu mövzuya bir daha qayıdacağıq. Hələliksə…

Böyük Yalan Nəzəriyyəsinin vintləri

Belə bir halı göz önünə gətirin. Bir yoldaşınız var və yalana çox meyillidir, dayanmadan sizə yalan danışır. Siz isə danışılanların çoxunun yalan olduğunu bilirsiniz, fəqət yoldaşınızı dinləyir və onunla əlaqələri kəsmirsiniz. Bəzən onun dedikləri o qədər inandırıcı gəlir və ya doğruluğuna o qədər inanmaq istəyirsiniz ki, bu yalanın yayılmasına müqavimət göstərməyə halınız və ya həvəsiniz olmur. Amma bu uşaq oyunu deyil. Belə neytral qaldıqca məlumatsız insanların beyinlərinin yuyulmasında iştirakçı olursunuz.

Söhbətimizin əvvəlində qeyd etdiyimiz məqama bir daha qayıdırq. Orta statistik vətəndaşın psixikasında özü də bilmədən dəyişikliklər edilməsi indiki zəmanədə o qədər də çətin məsələ sayılmır. Vətəndaşların çoxu pərdəarxasında baş verənlərdən xəbərsizdir, ona görə də onlar mətbuatda nə yazılırsa, sadəlövhcəsinə inanırlar. Bu səbəbdən sosioloq və filosof Aleksandr Zinovyevin fikirləri diqqətçəkicidr. O, yazır: "Kütləvi İnformasiya Vasitələrinin vəzifəsi insanların beynini o qədər yükləməkdir ki, orada abırlı nəyəsə yer qalmasın və dərindən düşünmək qabiliyyəti itsin. Beyinləri şablonlarla, klişelərlə, boşboğazlıqlarla, həyat tərzi çeşidləri ilə, cazibədar şirnikləndiricilər ilə doldurmaq. Bu üsulla faktiki olaraq bütün əxlaqi tabuları aradan qaldırıblar, əsrlərlə oturuşmuş sağlam həyat tərzi normalarını hər cür pozğunluqla əvəzləyiblər, mədəniyyətin ali nailiyyətlərini kütləvi psevdomədəniyyət ilə dəyişiblər. Sistematik olaraq psixoloji və ideoloji bəsitləşdirmə və insan şüurunun standartlaşdırılması mexanizmini realizasiya edirlər”.

Faşist Almaniyasının Təbliğat naziri Joseph Gebbels "Yetərincə böyük yalan danışarsınızsa və təkrar edərsənizsə, sonda insanlar buna inanmağa başlarlar” deyir. Bu böyük Yalan Nəzəriyyəsinin əsas prinsipidir.

Mütəxəssislər bunu belə izah edirlər. Altşüurumuzda etdiyimiz hər bir hərəkət təbiətin qanunlarına tabedir. İnsan məlumat toplayaraq bu qaydaları ya qəbul edir, ya rədd edir. Gündəlik işlərdə qəbul və ya inkar edilən şey təbiət qadağası halına gəlir. İnsan tanınmış və ya yaxın çevrəsində olan insanlara təbii olaraq inanır. Hər hansı bir tanınmış insan doğru ya yalnış deməsindən asılı olmayaraq onu dinləyənlər ilk vaxtlarda düşüncəni işə salaraq yalnışla doğrunu ayırd edə bilir. Yalnız altşüur səviyyəsində yalnış doğru kimi qəbul olunur. Şüur yorulmayana qədər alt-şüura üstün gəlir və təbii olaraq insanlar yalnışa inanmırlar. Ancaq bir şeyi təkrar dinləmək, hər yerdə eşitmək, oxumaqla insan beynini bulandırmaq mümkündür. Bununla da Təbiət qanunları öz işini görür və insanlar üçün yalnış adiləşir. Təkrar edirik: o vaxta qədər ki, insan öz ağılı və düşüncəsi ilə çalışırsa yalnışları qəbul etmir. Cəhalət və yalan insan şüuru ilə deyil, təbiət qanunlarına tabe olanlarla dostluq edirlər.

Bəs, Böyük Yalan nəzəriyyəsi nə deyir?

  • İnsanların beyin tənbəliyinə əmin olaraq hərəkət edin.
  • Bir şeyi davamlı təkrarlasanız, kütlə onun haradan gəldiyini unudar, çox keçməz ki, öz fikri kimi qəbul edər.
  • Söylədiyiniz yalan nə qədər böyük olarsa o qədər təsirli olar, kütlə böyük yalanlara kiçik yalanlara nisbətən daha çox inanar.
  • Səhv etdiyinizi, yalnış yolda olduğunuzu əsla qəbul etməyin.
  • Yalan söyləyin mütləq inanan tapılacaq.
  • Qəbahət və günahı əsla boynunuza götürməyin.
  • Özünüzü müdafiə etməkdənsə, qarşı tərəfi buna məcbur edin, şər atın, özünü müdafiə etsə də, ləkə qalacaq
  • Bir rəqib (düşmən) obrazı formalaşdırın, hücuma keçin
  • Əsas aydınlar, ziyalılar deyil, kütləni hədəfə alın, onları aldatmaq asandır.

Beləliklə, bu və yazı boyu gələcəkdə misal gətirəcəyimiz nəzəriyyələr əsasında fəaliyyət göstərirlər. Ölkələrdə "demokratik institutlar formalaşdırmaq” adı altında "muzdur”lar yetişdirirlər. Media, sosial şəbəkələr vasitəsilə kütləvi "beyin yuyulması” aparılır, faktiki psixoloji müharibə gedir. Ölkə Rəhbərin gördüyü işlər davamlı tənqid olunur, xalq arasında inamsızlıq mühiti yaradılır, insanlar fərqli fikirlilərə "düşmən” kimi baxırlar, dəyərlərimiz, müqəddəs bildiklərimiz aşağılanır, gözdən salınır, ənənələriməz nifrət aşılanır.

Bunun üçün informasiyalar, məlumatlar diqqətlə seçilir, istəklərinə, məqsədlərinə uyğun rekonstruksiya olunur və müxtəlif kanallarla (şayiə, sosial şəbəkələr, satqın media) kütləyə yeridilir. Təkrar-təkrar! Fasilə vermədən! Dezinformasiya axını o qədər güclü olur ki, yalanı doğrudan ayırd edənədək zaman itiririk. Doğrudur, yalan xəbərdən heç kim sığortalanmayıb. Bəli, bir xəbərin yalan olduğu dəqiqələr içində bəlli edilir. Lakin, diqqət yetirin, bir xəbərin yalan olduğunun yayılma sürəti, yalanın özü qədər sürətlə yayılmır.

Yenə də təkrar edirik: Hədəf insanlar deyil, neytral, qərar verməmiş, tərəddüdsüz insanların beynidir.

"Extraordinary popular Delusions and Madness of Crowds” ( "Fövqəladə Kütləvi yalnışlar və kütlənin çılğınlığı”) kitabının müəllifi Çarlz Mackay yazırdı ki, İnsanlar kütlə halında düşünür, sürü halında dəli olur, ancaq ağıllanmaları tək-tək və yavaş olur”

"Mənə yalan üçün pul verirdilər”

(davamı olacaq)

Sənan Nəcəfov

Xəbər 932 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR