Dəmir yollarının əsaslı təmirinə başlanılıb - FOTO

Dəmir yollarının əsaslı təmirinə başlanılıb   - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmirinə başlayıb.


Aktual.az "Report"a istinadən xəbər verir ki, cəmiyyətin Mətbuat Katibliyindən verilən məlumata görə, 2015-ci ildə Soyuq Bulaq - Salahlı mənzilində 7, 9 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərinin 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Müəssisənin rəisi Xəqani Kazımovun verdiyi məlumata görə, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 20 km dəmir yolu əsaslı təmir olunub.

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR