Dələduzluqda təqsirləndirilən “Əməkdar müəllim”ə hökm oxundu

Dələduzluqda təqsirləndirilən “Əməkdar müəllim”ə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun əməli qanunda edilən dəyişikliyə görə 178.2.2-ci (xeyli miqdarda dələduzluq) maddəsinə tövsif edilib və N.Ağayeva 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama aktına əsasən, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib.
Belə ki, N.Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında R.Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyi vədi verib. Lakin N.Ağayeva qeyd edilən məbləği alsa da, vədinə əməl etməyib.
Bundan başqa, N.Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat pul alıb.
N.Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.
Zərəçəkmiş R.Həsənov məhkəmədə dindirilərkən söyləyib ki, N.Ağayevaya əvvəlcə 3 min, sonra isə 1000 manat pul verib: "Sonra məni aldatdı”.
Təqsirləndirilən şəxs N.Ağayeva pulu aldığını təsdiq edib. O deyib ki, pulu verdiyi adam onu hədələyib və həmin şəxsin adını açıqlaya bilmir: "Özü də müəllimədir, yoldaşı isə polisdir. O mənə bildirdi ki, "adımı çəksən, özünü də, ailəni də ölmüş bil”. Ona görə də adını çəkmək istəmirəm. Həmçinin pulu da qaytarmır”.
Qeyd edək ki, N.Ağayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, N.Ağayeva filologiya elmləri namizədi, "Əməkdar müəllim”dir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.
Xəbər 185 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR