Avtomobil piyadanı vuraraq öldürüb

Avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.


APA-nın məlumatına görə, hadisə magistral yolun 20-ci km-də, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb.

 

Məmmədov Rahil Adil oğlu taksi kimi idarə etdiyi "Daewoo" markalı minik maşını ilə piyadanı vurub. Hələlik kimliyi məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun təxminən 25-30 yaşlarında olduğu bildirilir. Şahidlərin sözlərinə görə, mərhum yaxınlıqda fəhlə işləyirmiş və hər gecə eyni yolla evinə qayıdırmış. Rahil Məmmədovun dediyinə görə, yol boyu işıqlandırılma olsa da, məhz piyadanın vurulduğu nöqtə kifayət qədər qaranlıq olub.

 

Mərhumun meyiti müayinə və şəxsiyyətinin dəqiqləşdirilməsi üçün məhkəmə tibb ekspertizasına göndərilib. Yol qəzasının hansı şəraitdə baş verməsi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır. 


Xəbər 645 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR