Dəhşət! Qaldırıcı qurğu avtomobilin altından çıxdı, yük maşını kişinin üstünə düşdü

Dəhşət! Qaldırıcı qurğu avtomobilin altından çıxdı, yük maşını kişinin üstünə düşdü

Xızı rayonunda badbəxt hadisə baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Giləzi qəsəbəsindəki avtomobil təmiri sexlərindən birində qəsəbə sakini Novruz Novruzov "DAF” markalı avtomobilin təkərini təmir edərkən qaldırıcı qurğu avtomobilin altından çıxıb və yük maşını N.Novruzovun üstünə düşüb. Ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Digər bir bədbəxt hadisə Tovuz rayonunun Əhmədabad kəndində baş verib. Həmin kənddə yaşayan Ramiz Səfərov kənd ərazisindəki transformatora müdaxilə edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 814 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR