DB: Manat neft ixrac edən MDB ölkələrinin milli valyutalarından sabitdir

DB: Manat neft ixrac edən MDB ölkələrinin milli valyutalarından sabitdir

“Hökumət əhalinin zəif təbəqəsini qorumaq niyyətindədir”.

Azərbaycanın milli valyutasının mübadilə məzənnəsi MDB-nin digər neft ixrac edən ölkələri ilə müqayisədə daha sabitdir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankı bazar ertəsi bankın saytında dərc edilmiş “Xammalın ucuz qiymətləri və zəif valyuta” adlı məruzəsində məlumat yayılıb.

Məruzədə Azərbaycan manatının neftin yüksək qiymətləri dövründə möhkəmləndiyi, amma 2015-ci ilin fevral ayında milli valyutanın devalvasiyasından sonra real mübadilə məzənnəsinin faktiki dəyərə yaxınlaşdığı bildirilir.  

DB analitikləri hesab edirlər ki, manatın məzənnəsi, neftin qiymətinin ucuzlaşması ilə baş verən devalvasiyadan sonra sabitləşib.

Ümumilikdə isə bank qeyd edir ki, neftin qiymətlərinin ucuzlaşmasından sonra, profisitin ixtisarı orta müddətli perspektivdə cari əməliyyatların hesabı Azərbaycanda ÜDM-nin 5,2 faiz azalmasına gətirib çıxaracaq.

Bundan başqa, DB-nın proqnozlarına görə, dövlət investisiyaları 2015-2017-ci illərdə ÜDM-nin 1,3 faizi qədər azalacaq, qeyri-neft sektorunda ÜDM ildə dörd faizə qədər azalacaq.

Bununla yanaşı, məruzədə deyildiyi kimi, qeyri-neft sektorunun investisiyaları 2016-2017-ci illərdə iri qaz kəmərlərinin inşaatı ilə əlaqədar artacaq.

DB-nın proqnozlarına görə, orta müddətli perspektivə Azərbaycanın icmal büdcəsinin çatışmazlığı 1,4 faiz ÜDM olacaq, 2015-ci ildə isə çatışmazlığın ÜDM-nin 3,4 faizi miqdarında olacağı gözlənilir.

Bankın analitikləri icmal büdcəsinin çatışmazlıqlarının 2016-2017-ci illərdə neftin qiymətinin bərpa edilməsi və hökumətin xərclərinin konsolidasiyası hesabına azalacağını gözləyirlər.

“Neftin qiymətinin ucuzlaşması və hasilatın azalması Azərbaycan iqtisadiyyatının inkişafına təsir edən əsas risklərdən olaraq qalır. Bu ölkənin neft gəlirlərindən güclü asılılığı ilə əlaqədardır”, - məruzədə deyilir.

Bundan başqa, DB ekspertlərinin fikrincə, regionda iqtisadi vəziyyətin gələcəkdə pisləşməsi mübadilə məzənnəsinə təzyiqi artıra bilər.

“İqtisadi inkişafın sürətinin azalmasına baxmayaraq, hökumət əhalinin zəif təbəqəsini qorumaq və yoxsulluğun səviyyəsinin artmasına imkan verməmək niyyətindədir”, - məruzədə qeyd edilir.

Azərbaycan DB-yə 1992-ci ildə qoşulub.

Aktual.az

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR