"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmalıyıq" - Rusiyalı səfir


"Bizim səfərimiz bir tərəfdən professional xarakter daşıyır, burada informasiya alırıq, amma digər tərəfdən bunun emosional tərəfləri də var”.
 
APA-nın məlumatına görə, bu sözləri bir qrup səfir və beynəlxalq təşkilat nümayəndələri ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. O bildirib ki, münaqişə barədə kağızlardan oxumaq və ya çıxışları dinləməkdən fərqli olaraq, orada öz gözləri ilə hər şeyi görür, insanlarla danışırlar: "Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq.  Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi çox iş görür və biz digər həmkarlarımızla birlikdə bunu etməyə davam edəcəyik”.
 
Aktual.az
Xəbər 664 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR