Dağıstan Respublikasının rəhbəri İlham Əliyevi təbrik edib

Dağıstan Respublikasının rəhbəri İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Səsvermənin nəticələri Azərbaycan xalqının Sizə yüksək etimadını, ölkənin dinamik inkişafı və vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirdiyiniz siyasəti dəstəklədiyini göstərdi.
Hörmətli İlham Heydər oğlu, Sizə nəzərdə tutduğunuz planları həyata keçirərək yeni zirvələrə çatmağı, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".
 
Aktual.az
Xəbər 172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR